Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Ağbulaq kəndində yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü səkkiz gündən sonra ölüb.
APA xəbər verir ki, hadisə may ayının 10-da qeydə alınıb.
Belə ki, Babək rayonu Kültəpə kənd sakini, 1985-ci il təvəllüdlü Mikayıl Həsən oğlu Bağırovun idarə etdiyi yük maşını dərədən aşıb.
Ağır bədən xəsarətləri alan sürücü M.Bağırov ilk olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilsə də, sonradan Bakı şəhərinə gətirilib. Lakin burada da onun həyatını xilas etmək mümkün olmayıb.
www.102info.az