Bakıda kişinin meyiti dostunun evində tapıldı

Cəmiyyət


Bakıda evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Rayonun Əzizbəyov küçəsində yerləşən evlərdən birində naməlum kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 50 yaşlı Arif İskəndərov olması təsdiq edilib. 

O da məlum olub ki, Arif İskəndərov həmin evə qonaq gəlibmiş. Evin sahibi Telman Musayev dünyasını dəyişən Arif İskəndərovun dostu olub. 

Faktla bağlı araşdırma aparılır. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir