Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Cəmiyyət


Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 21 ünvanında yerləşən Azər Balahəsən oğlu Dadaşova məxsus su emalı müəssisəsində plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədiyi və çıxarışla təmin edilmədiyi aşkarlanıb. Həmçinin müəssisədə texnoloji axın ardıcıllığı prinsiplərinə riayət olunmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi, eləcə də müvafiq qaydalara uyğun havalandırma sisteminin quraşdırılmadığı məlum olub. Eyni zamanda, müəssisədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və məhsulların markalanmadığı müəyyən edilib. Yoxlama zamanı müvafiq müşayiətedici sənədlər və işçinin müayinədən keçməsinə dair tibbi arayış da müfəttişlərə təqdim olunmayıb.

Aşkarlanan nöqsanlarla bağlı protokol tərtib edilib, müəssisənin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir