Tovuzda mağazada istehlaka yararsız məhsullar aşkarlanıb, sahibkara protokol tərtib edilib – FOTO

Cəmiyyət


Tovuz rayonu, Aşağı Öysüzlü  kəndində fəaliyyət göstərən Xəyalə Akif qızı Tağıyevaya məxsus ərzaq satışı mağazasında plandankənar yoxlama keçirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib və saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir