Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində törədilmiş 5 oğurluq hadisəsinin “isti izlərlə” açılması təmin edilib.
Bu barədə Naxçıvan DİN-dən məlumat verilib.
Xəbərə görə, əvvəlcədən əlbir olmuş bir qrup şəxs halında ümumilikdə 26 ədəd istilik radiatorlarını oğurlayan İsa Sabir oğlu Bəndəliyev, Arzu Yaşar oğlu Abdullayev, Ata Salman oğlu Rzayev və Möhsün Nurəddin oğlu Nağıyev, su kanallarının üzərinə qoyulmuş ümumilikdə 37 ədəd çuqun dəmir barmaqlıqları oğurlayan Cabir Nağdəli oğlu İsayev, avtomobillərdən və binaların girişlərindən oğurluqlar edən Yasin Azər oğlu Qəribov, “Cahan” Ticarət mərkəzində yerləşən qızıl mağazasında oğurluq, eyni zamanda yandırmağa cəhd edən Orxan Süleyman oğlu Hacıyev və Vüqar Oruc oğlu İbrahimova məxsus içərisində 6 000 manatlıq lotereya, şəxsiyyət vəsiqəsi və kapital banka məxsus kart olan çantanı oğurlayan Sübhan Bayram oğlu Məhərrəmov tutularaq istintaq və təhqiqat şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. Onların ətrafında əməliyyat tədbirləri davam etdirilir.
www.102info.az