Gəncədə iki minik maşını toqquşub.
Oxu.Az-ın məlumatına görə, hadisə 2 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını VAZ-2106 markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Qəzadan sonra “Mercedes-Benz Gelandewagen” yoldan çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Samir İsayev
www.102info.az