4 yaşlı Nihadın dəstəyinizə ehtiyacı var: Müalicəsi üçün 4 500 manatları çatmır – FOTO

Cəmiyyət


4 yaşlı Nihadın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Məmmədova məlumat verib.

O bildirib  ki, övladı tək böyrəklə dünyaya gəlib.

“Nihad bir böyrəklə dünyaya gəlib. Digər böyrəyinə yük düşdüyündən doğulduğu gündən müalicə alır. Əvvəllər hər üç-dörd aydan bir Türkiyəyə gedib orada müalicə etdirə bilirdik, amma hazırda buna imkanımız çatmır. Əlimizdə-ovcumuzda nə varsa satmışıq. Hazırda Türkiyəyə gedib müalicə almaq üçün lazım olan 6 000 manatın 1 500 manatını toplaya bilmişik, amma 4 500 manatımız hələ də çatmır. Yardımsevər şəxslərdən bizə yardım etməyi, övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 055-493-04-28

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir