Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.
Bu barədə Oxu.Az-a Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən bildirilib.
Bu sahə üzrə 2023-cü ilin yanvar-aprel aylarının statistikasına nəzər yetirək.
2023-cü ilin yanvar-aprel ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı
2023-cü yanvar-aprel ayları ərzində ölkəmizdə 24769 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq hesabat dövrü ilə müqayisədə 2668 və ya 12,1% çox olub.
2023-cü ilin yanvar-aprel ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar
Hesabat dövrü ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri olub. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2023-cü ilin ilk dörd ayı ərzində 13510 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 24769 əmlakdan 5467-si torpaq sahəsinin, 3592-si isə fərdi yaşayış evinin payına düşüb.
2023-cü ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri |
Müqavilə sayı |
Ümumi göstəricidə payı (faizlə) |
Mənzil |
13510 |
54.5% |
Torpaq sahəsi |
5467 |
22.1% |
Fərdi yaşayış evləri |
3592 |
14.5% |
Qeyri-yaşayış sahələri |
858 |
3.5% |
Qeyri-yaşayış binaları |
700 |
2.8% |
Bağ evləri |
404 |
1.6% |
Digərlər |
238 |
1.0% |
Ümumi |
24769 |
100.0% |
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb
Bu ilin ilk 4 ayı ərzində paytaxtda ümumilikdə 12.602 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 50,9%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (3305 müqavilə), 5 saylı Xaçmaz (1323 müqavilə), 2 saylı Sumqayıt (1263 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1074 müqavilə) aparılıb. Bunu, həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qiymətləndirmək olar.
Sıra № |
Ərazi İdarələrinin adı |
İpoteka müqaviləsinin ümumi sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
12602 |
50.9% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
3305 |
13.3% |
3. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
1323 |
5.3% |
4. |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
1263 |
5.1% |
5. |
3 saylı Gəncə Ərazi İdarəsi |
1074 |
4.3% |
6. |
9 saylı Qəbələ Ərazi İdarəsi |
944 |
3.8% |
7. |
17 saylı Yevlax Ərazi İdarəsi |
502 |
2.0% |
8. |
14 saylı Şamaxı Ərazi İdarəsi |
491 |
2.0% |
9. |
13 saylı Şirvan Ərazi İdarəsi |
468 |
1.9% |
10. |
7 saylı Bərdə Ərazi İdarəsi |
420 |
1.7% |
11. |
10 saylı Lənkəran Ərazi İdarəsi |
371 |
1.5% |
12. |
11 saylı Şəmkir Ərazi İdarəsi |
371 |
1.5% |
13. |
6 saylı Beyləqan Ərazi İdarəsi |
363 |
1.5% |
14. |
12 saylı Şəki Ərazi İdarəsi |
300 |
1.2% |
15. |
15 saylı Tovuz Ərazi İdarəsi |
293 |
1.2% |
16. |
8 saylı Cəlilabad Ərazi İdarəsi |
266 |
1.1% |
17. |
18 saylı Zaqatala Ərazi İdarəsi |
213 |
0.9% |
18. |
16 saylı Ucar Ərazi İdarəsi |
200 |
0.8% |
Ölkə üzrə |
24769 |
100% |
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Sıra № |
Ərazi İdarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
9748 |
72.2% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
1998 |
14.8% |
3. |
2 saylı Sumqayıt Ərazi İdarəsi |
845 |
6.3% |
4. |
3 saylı Gəncə Ərazi İdarəsi |
377 |
2.8% |
5. |
17 saylı Yevlax Ərazi İdarəsi |
174 |
1.3% |
6. |
13 saylı Şirvan Ərazi İdarəsi |
121 |
0.9% |
Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 93,2%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (2 müqavilə), 14 saylı Şamaxı (4 müqavilə) və 18 saylı Zaqatala (8 müqavilə) ərazi idarələridir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
2023-cü ilin ilk dörd ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin yurisdiksiyalarında yerləşir.
Sıra № |
Ərazi İdarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
1 saylı Bakı Ərazi İdarəsi |
1027 |
28.6% |
2. |
4 saylı Abşeron Ərazi İdarəsi |
639 |
17.8% |
3. |
3 saylı Gəncə Ərazi İdarəsi |
306 |
8.5% |
4. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
200 |
5.6% |
5. |
7 saylı Bərdə Ərazi İdarəsi |
170 |
4.7% |
6. |
10 saylı Lənkəran Ərazi İdarəsi |
152 |
4.2% |
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (62 müqavilə) və 16 saylı Ucar (71 müqavilə) ərazi idarələridir.
Sıra № |
Ərazi İdarələri |
İpoteka müqaviləsinin sayı |
Ölkə üzrə göstəricidə payı (faizlə) |
1. |
5 saylı Xaçmaz Ərazi İdarəsi |
1014 |
18.5% |
2. |
9 saylı Qəbələ Ərazi İdarəsi |
847 |
15.5% |
3. |
4 saylı Abşeron Ərazi İdarəsi |
562 |
10.3% |
4. |
1 saylı Bakı Ərazi İdarəsi |
535 |
9.8% |
5. |
14 saylı Şamaxı Ərazi İdarəsi |
418 |
7.6% |
6. |
3 saylı Gəncə Ərazi İdarəsi |
289 |
5.3% |
www.102info.az