Bakıda keçirilən Bədii Gimnastika üzrə 39-cu Avropa çempionatında topla fərdi çıxışında bürünc medal qazanan Zöhrə Ağamirova uğurunu şərh edib.
Oxu.Az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında maksimumunu etməyə çalışdığını söyləyib:
“Məqsədim proqramlarımı yaxşı yerinə yetirmək idi. Çox şey alınmadı. Ciddi hazırlıq gedirdi. Maksimumu etməyə çalışdım. Şadam ki, medal qazana bildim”.
Z.Ağamirova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya onu və qrup hərəkətləri komandasını təbrik etməsinə görə minnətdarlığını bildirib:
“Mehriban xanıma diqqətinə görə təşəkkür edirəm. Onun bizi təbrik etməsinə görə çox şadıq”.
Faiq Tahirov
www.102info.az