Naxçıvanda əsgərlərin gündəlik təlimi, Döyüş Şöhrəti Muzeyindəki silahlar – FOTO

Cəmiyyət


Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına təşkil edilən mediatur çərçivəsində yerli media nümayəndələri hərbi obyektlərlə tanış olublar.

Oxu.Az bildirir ki, jurnalistlər Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzini ziyarət ediblər. Onlar burada yaradılan şəraitlə, Simulyator Mərkəzi ilə tanış olublar.

Media nümayəndələri təlim mərkəzində olarkən, eyni zamanda hərbçilərin təlim məşqlərini də izləyiblər.

Onlar daha sonra “N” saylı hərbi hissəyə yollanıblar. Onlara hərbi qulluqçuların sosial-məişət şəraiti barədə ətraflı məlumat verilib.

Bundan başqa, jurnalistlər Döyüş Şöhrəti Muzeyini də ziyarət ediblər.

Qeyd edək ki, Naxçıvan hərbi şəhərciyində açıq səma altında yaradılan Döyüş Şöhrəti Muzeyi profilinə görə muxtar respublikada yaradılmış ilk muzeydir.

Jurnalistlər müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş hərbi texnikalara, döyüş helikopterlərinə və qırıcılara baxış keçiriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir