Bədən tərbiyəsi üzrə xüsusi qabiliyyət imtahanı üçün qeydiyyat başlanır

Cəmiyyət


Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron qeydiyyatı başlanır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2023/24-cü tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı davam edir.

Bu gündən Bədən tərbiyəsi və idman istiqamətinin komissiyaları üzrə qeydiyyatın aparılmasına başlanılır. Abituriyentlər və subbakalavrlar mayın 22-dən iyunun 5-dək “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

DİQQƏT: Hazırda qeydiyyatı davam edən Teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə abituriyentlərin/subbakalavrların qeydiyyatı mayın 30-u saat 23:59-da bitir.

Abituriyentlər/subbakalavrlar ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız bir istiqaməti üzrə ən çox dörd komissiyadan qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə bir istiqamətə aid ən çoxu altı komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 və daha yuxarı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə 40 və daha yuxarı bal toplayan abituriyentlər Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçə bilərlər.

Abituriyentlərin nəzərinə: Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2023-cü ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının Bədən tərbiyəsi və idman istiqaməti və digər istiqamətlər (Təsviri sənət, memarlıq, musiqi sənəti, jurnalistika və islamşünaslıq) üzrə abituriyent jurnalının xüsusi buraxılışlarında verilir. Burada ali təhsilin bakalavriat və magistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir