Sumqayıtda yaşayış binasında yanğın: Təxliyə olunan var

Cəmiyyət


Sumqayıt şəhərində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzilin bir otağında bir ədəd divan yanıb, yüksək temperaturdan mənzilin divarları qarsalanıb.

Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir