Naxçıvan şəhəri və Babək rayonunda evləri su basıb – FOTO/VİDEO

Cəmiyyət


İntensiv yağan yağışlar səbəbindən Naxçıvan şəhəri və Babək rayonunda bəzi fərdi ev, bina və həyətyanı sahələri su basıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunublar.

Hazırda nazirliyin qüvvələri tərəfindən həmin ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir