İradə Hüseynova: “Azərbaycan və ingilis dillərində olan nəşrdə beynəlxalq ekspertlərin də rəyi var” – VİDEO

Cəmiyyət


“Qırmızı kitab”ın lll nəşrinə bundan əvvəlki nəşrlərdəki bəzi növlər daxil edilməyib”.

Oxu.Az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

İ.Hüseynova bildirib ki, nəşr iki dildədir:

“Azərbaycan və ingilis dillərində olan nəşrdə beynəlxalq ekspertlərin də rəyi var. Onlar da çox yüksək dəyərləndirirlər. Çalışmışıq ki, maksimum orijinal şəkillər olsun. “Qırmızı kitab”ın yeni nəşri zamanı Türkiyə, Rusiya, Avropa ölkələrinin təcrübəsindən yararlandıq. Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin alimləri tərəfindən Azərbaycanda təlim kursları keçirildi. Bunlar da kriteriya və kateqoriyaların dəqiq müəyyənləşdirilməsinə çox kömək etdi”.

Üçüncü nəşrdə bundan əvvəlki nəşrdən fərqli olaraq işğaldan azad edilmiş ərazilərdə də tədqiqat işləri, monitorinqlər aparılıb:

“Qırmızı kitab”a həmin ərazilərdən də müəyyən növlər daxil edildi. Xüsusilə Şuşa, Kəlbəcər Zəngilan, Füzuli, Laçında olan monitorinqləri qeyd etmək istərdim. 

“Qırmızı kitab”a növlər daxil olunarkən sayı və arealları nəzərə alınır. Əgər sayı və arealları çox ciddi azalırsa, onu “Qırmızı kitab”a daxil edirik. Digər tərəfdən kitabın birinci və ikinci nəşrində olan bəzi növlər qırmızı siyahıdan çıxarılaraq çəhrayı siyahıya daxil edilib. Çünki onların areallarında və saylarında bərpa prosesinin getdiyi müşahidə olunub. Hətta elə növlər var ki, ilk iki nəşrə daxil edilsə də, 50-60 ildir heç bir yerdə təsadüf olunmayıb. Onları üçüncü nəşrə daxil etmədik. Çünki növ 50 ildən artıq bir müddətdə rast gəlinmirsə, onu “Qırmızı kitab”da saxlamağın mənası yoxdur.

Növbəti kitabın 2033-cü ildə nəşr edilməsi nəzərdə tutulub. Çalışacağıq ki, növbəti nəşri daha da yaxşı olsun. Dördüncü nəşrdə yeni ideyalar təqdim etmək niyyətindəyik”.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir