“Zəngilandan iki növ yeni Xarıbülbül cinsi tapılaraq “Qırmızı kitab”ın III nəşrinə əlavə edilib”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamsında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib.
O bildirib ki, “Qırmızı kitab”ın III nəşri üçün Qarabağda da təftiş aparılıb:
“Topxana meşəsini də ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, oranın müasir florasını, qismən də olsa, “Qırmızı kitab”ın lll nəşrinə əlavə etdik”.
S.İbadullayeva qeyd edib ki, Zəngilandan iki yeni növ aşkar edilib:
“Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib.
“Qırmızı kitab”ın yazılması həm Botanika İnstitutunun Herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklərə nail olundu. Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan da Xarıbülbül növləridir”.
Nəzrin Vahid
www.102info.az