Kürdəmirdə zəncirvari qəza: Xəsarət alanlar var – FOTO/VİDEO

Cəmiyyət


Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil “Volkswagen” markalı avtomobilə çırpılıb. “Volkswagen” isə zərbənin təsirindən içərisi yüklə dolu olan “Mercedes” markalı mikroavtobusa çırpılıb.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. Onlar rayonun Pirli kənd sakinləri – 1966-cı il təvəllüdlü Əhmədov Sənan Hökməli oğlu, 1965-ci ildə anadan olmuş Zeynalov Mübariz Abdulla oğlu və Bakı sakini 1986-cı il təvəllüdlü Abdullayev Rəşad Novruz oğludur. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir