Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-aprel aylarında 5,9 milyon ton yük, 2077,4 min sərnişin daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,4 faiz, sərnişin daşınmasında isə 54,8 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 437 vaqon yüklənib, 417 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22,2 min ton, Qərb istiqaməti üzrə 3,0 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.
Ümumilikdə 2023-cü ilin yanvar-aprel aylarında nəqliyyatçılar 578,6 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
www.102info.az