Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb.
Oxu.Az-ın məlumatına görə, qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Xası qızı Nuriyeva institutun reanimasiya şöbəsinə yerləşdirilib.
İnstitutdan saytımıza bildirilib ki, qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, ötən gün Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı iki qadın, iki kişi və bir uşaq ölüb.
İlhamə Əbülfət
www.102info.az