Naxçıvanda sel və dolunun zərər vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI

Cəmiyyət


Ötən gün Naxçıvan şəhərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub.

Belə ki, yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələri, inzibati binaları və avtomobil yollarını su basıb. 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olan zaman əraziyə Mülki Müdafiə alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin qüvvələri cəlb olunub:

“Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması həyata keçirilib. Belə ki, Naxçıvan şəhəri və Babək rayonlarında 40-dan artıq fərdi yaşayış evi, dörd obyekt, üç inzibati binada suçəkmə işləri aparılıb. Bütün bu tapşırıqların yerinə yetirilməsinə 159 nəfər şəxsi heyət, 23 texnika, cəlb olunub”.

“Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir”, – deyə qeyd edilib. 

Qeyd edək ki, ötən gün Naxçıvan şəhərində güclü yağış yağması bir sıra fəsadlara səbəb olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir