“İçərişəhər” stansiyasında nasazlıq olub: Qatar səkkiz dəqiqə yubanıb – VİDEO

Cəmiyyət


Metronun “İçərişəhər” stansiyasında texniki nasazlıq səbəbi ilə qatar sərnişinsiz “Nərimanov” elektrik deposuna yola salınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Metropoliteninin mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.

www.102info.az