25 may 2023-cü il tarixində Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bununla əlaqədar 24 may 2023-cü il tarixində gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.
www.102info.az