Siyəzəndə azyaşlı naməlum səbəbdən ölüb

Cəmiyyət


Siyəzəndə bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.

Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də, uşaq artıq xəstəxanaya çatana kimi ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdiriləcək.

www.102info.az