Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb, yaralananlar var

Cəmiyyət


Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir