Xaçmazda piyadanı maşın vuraraq öldürdü

Cəmiyyət


Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində – Bakı prospektində qeydə alınıb.

“AzSamand” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Onun şəxsiyyətini hələ ki müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir