Ağstafada şirniyyat sexində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb – FOTO

Cəmiyyət


Ağstafada fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində agentlik əməkdaşları tərəfindən Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhim Həsənəli oğlu Kərimova məxsus şirniyyat sexində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, istehsal zamanı məhsullarda etiketlənmənin həyata keçirilmədiyi, xammal və hazır məhsulun saxlanması və daşınması zamanı mal qonşuluğu və temperatur rejiminə riayət olunmadığı, məhsulların təhlükəsizlik göstəricilərinin mütəmadi yoxlanılmadığı, sanitariya qaydalarına riayət edilmədiyi, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir