Bu gün Bakının Xətai rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xudu Məmmədov küçəsində 51 saylı marşrut xətti üzrə hərəkət edən avtobus piyada keçidindən yolu keçməyə çalışan 2015-ci il təvəllüdlü Famil Quluzadəni vurub. Baş nahiyəsindən ağır xəsarət alan 8 yaşlı oğlan hadisə yerində vəfat edib.
Hadisəni törədən avtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Anar Hüseynov saxlanılıb.
Faktla bağlı Xətai RPİ-də araşdırmalara başlanılıb.
www.102info.az