Bakıda Zığ şosesinin yaxınlığındakı yanğın söndürüldü – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında, qamışlıq sahədə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

13:55

Bakıda qamışlıq ərazi yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir