Nazir müavini: “Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək” – FOTO

Cəmiyyət


“İşğaldan azad edilmiş ərazilərdə yüksəkvoltajlı sistemin qurulması demək olar ki, başa çatıb”.

APA xəbər verir ki, bunu İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri üzrə işçi qrupun Şuşa şəhərində keçirilən növbəti iclası zamanı çıxış edən Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.

Elnur Soltanov bildirib ki, qeyd olunan sistemin halqa halında fəaliyyət göstərməsi bir neçə ayın söhbətidir:

“Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi nəzərindən çox vacib məsələdir”.

Nazir müavini onu da qeyd edib ki, azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov əlavə edib ki, Şuşa şəhərinə qazın çəkilişi də təmin ediləcək və 5 ana magistral qaz kəmərlərindən biri Şuşa istiqamətində yönəldiləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir