“Naxçıvanda vəkillərin sayı olduqca azdır. Bu da bizi narahat edən əsas amillərdən biridir”.
Bunu “Report”a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 11-ci dəfə imtahan keçirilməsinə baxmayaraq, Naxçıvanda son 6 ildə cəmi 1 dəfə yazılı imtahan baş tutub:
“Əgər statistik rəqəmlərə nəzərə salsaq, Naxçıvanda 100 min nəfər əhaliyə cəmi 4 vəkil düşür. Bu, çox aşağı göstəricidir. Belə davam edərsə, Naxçıvanda təcili və təxirəsalınmaz tədbirlər görülməlidir. Halbuki Azərbaycanın digər bölgələrində bu rəqəm qat-qat çoxdur”.
A.Bağırov bildirib ki, narahatlıq doğuran digər məsələ isə ölkəmizdə qadın vəkillərinin sayının az olmasıdır.
www.102info.az