Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Cəmiyyət


Bakının Binəqədi rayonunda 35 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1988-ci il təvəllüdlü Səttarxan Məhəbbət oğlu Mirzəzadənin idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı S.Mirzəzadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love