Şəkidə ağır QƏZA: Xəsarət alanlar var

Cəmiyyət


Şəkidə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini, 1968-ci il təvəllüdlü Oqtay Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobillə Seymur Salamovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə 55 yaşlı Oqtay Məmmədov, onun həyat yoldaşı 45 yaşlı Aynur Məmmədova və “Mercedes”in sürücüsü Seymur Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir