“Hazırda istifadə olunan su sayğacların 150 mindən çoxu istismar müddətini başa vurub”.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb.
O qeyd edib ki, təxmini 197 min abonentin isə sayğacı yoxdur:
“Bu iki rəqəm birlikdə 350 minə yaxındır. Vaxtı keçmiş sayğaclar bizə sərf etmir. Ona görə ki, su istehlakını az hesablayır”.
Aysel Aslan
www.102info.az