Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoşluq testi yoxlamaları aparır.
Xezexeber.az-ın məlumatına görə, sürücülər bildiriblər ki, patrul əməkdaşları axşamdan spirtli içki içən sürücüləri müəyyən etmək üçün erkən saatlarda yolda post yaradıb, istənilən avtomobili saxladaraq sürücünü alkotesterlə yoxlayırlar.
“Bəzi hallarda sürücülər yoxlamadan imtina edirlər. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərxoş hesab edilir və ona inzibati qaydada cərimə tətbiq olunur”.
Mövcud qanunvericiliyə uyğun olaraq, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4 bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.
“Axşam spirtli içki qəbul edib, sonra da 7-8 saatlıq aradan sonra səhər saatlarında həmin şəxsin qanında alkoqolun konsentrasiyasının 0,3 promill olması onun yolda digər hərəkət iştrakçıları üçün təhlükə törətməsi nə qədər realdır?”
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, sürücü saxlanıb, sərxoşluğu yoxlanan zaman əgər o bundan imtinqa edirsə qanuna uyğun formada sərxoş hesab edilir. İstəsə yol patrul əməkdaşları yerində də yoxlaya bilər, əgər sürücü bundan da imtina etsə, sərxoşluğun ekspertizası mərkəzində də bu, mümkündür.
Xatırladaq ki, sərxoş halda avrtomobil idarə edən şəxs aşkar edildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə oluna bilər.
Daha ətraflı süjetdə:
www.102info.az