Gəncədə yağışlı hava ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.
APA-nın məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 1 kilometrində qeydə alınıb.
Hərəkətdə olan “Prado” ilə VAZ markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.





www.102info.az