Masallıda iki avtomobil toqquşdu: Ölən və xəsarət alanlar var

Cəmiyyət


Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Masallı rayon sakini Namiq Eynullayevin idarə etdiyi VAZ-217030 markalı avtomobil Miri Ağayevin idarə etdiyi VAZ-21043 markalı avtomobillə toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, qəza nəticəsində VAZ-21043 markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və VAZ-217030 markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir