“Abşeronda texniki su şəbəkəsi olmadığına görə hər yerdə içməli sudan istifadə edilir”.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb.
O qeyd edib ki, yarımada ərazisindəki müəssisələr, xüsusilə avtoyuma məntəqələri içməli sudan istifadə edirlər:
“Abşeron ərazisində avtoyuma məntəqələrinin 95 faizində sayğac quraşdırılıb. Amma bu o demək deyil ki, onlar suyu necə gəldi istifadə etməlidirlər”.
Aysel Aslan
www.102info.az