Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var – FOTO

Cəmiyyət


Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun, rayonun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Faiq Məmmədovun idarə etdiyi VAZ-2115 markalı avtomobil 1995-ci il təvəllüdlü, rayon sakini Mahmud Bayramlının idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və VAZ-2106-dakı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq M.Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az