Qobuda avtomobil dirəyə çırpılıb, azyaşlı sərnişin ölüb

Cəmiyyət


Qobuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Ruslan Kotusenko idarə etdiyi “Toyota Prius” markalı avtomobili elektrik dirəyinə çırpıb.

Nəticədə avtomobildə sərnişin qismində olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Allahverdi Fətullayev ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.102info.az