Kürdəmirdə QƏZA: Ana və oğlu xəsarət alıblar

Cəmiyyət


Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Şilyan kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ana və oğlu xəsarət alıblar.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Mercedes” və “Mercedes Vito” markalı avtomobillər toqquşub.

Nəticədə Kürdəmir rayon Qarasu kənd sakinləri – 1991-ci il təvəllüdlü Fərman Qədim oğlu Ömərov və anası 1955-ci il təvəllüdlü Kafiyə Mirələm qızı Ömərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir