Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Naxçıvanski küçəsində baş verib.
33 yaşlı Dünyamalıyev Səfi İlham oğlu buradakı binalardan birinin 5-ci mərtəbəsinin eyvanından özünü atıb. O, ağır xəsarətlər alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Lakin görülən tədbirlərə baxmayaraq, S.Dünyamalıyev ölüb.
İlkin məlumata görə, mərhum psixi xəstəlikdən əziyyət çəkib.
www.102info.az