Azərbaycanda yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA

Cəmiyyət


“Mayın 31-i gündüzədək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var”.

Bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-sabit hava şəraiti may ayının sonuna kimi davam edəcək:

“İyunun ilk günlərində də havanın yağıntılı olacağı ehtimalı var.

Bəzi bölgələrdə şərq küləyi arabir 18-23 m/s-dək güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.

“Yaxın günlər ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Hava temperaturu günorta saatlarında 25-30 dərəcə isti olacaq”, – deyə nazir müavini əlavə edib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir