Şərurda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən “Lent.az”a verilən xəbərə görə, hadisə mayın 26-da saat 17 radələrində Şərur rayonu ərazisində baş verib.
Rayon sakinləri A.Əliyevin idarə etdiyi mopedlə S.Nəzərlinin idarə etdiyi “QAZ-3302” markalı avtomobil toqquşub və nəticədə mopedçi hadisə yerində ölüb.
Şərur rayon Polis İdarəsində araşdırma aparılır.
www.102info.az