Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan 4 saylı xətt üzrə işləyən ISUZU markalı sərnişin avtobusu ilə VAZ-21015 və “Niva” markalı minik maşınları toqquşub.
Qəzadan sonra avtobus yoldan çıxaraq reklam dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az