Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış suları dolub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunan Naxçıvan Muxtar Respublikası FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.
Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri nazirliyin qüvvələri tərəfindən davam etdirilir.
www.102info.az