Ötən sutka ərzində 30 yanğına çıxış, səkkiz halda köməksiz vəziyyətdə qalma və bir nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı dördü azyaşlı olmaqla 15 nəfər, o cümlədən Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib. Həmçinin, Yasamal rayonunda bağlı qapı arxasında aşkar olunan bir nəfərin və Gəncə şəhərində “Toyota” və “Khazar” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
www.102info.az