Umayra Tağıyeva: “İyunun ilk günlərində hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq” – FOTO

Cəmiyyət


İyun ayının ilk günlərinə gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə “Report”a ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verib.

O bildirib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq:

“Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən enəcək. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna olunmur”.

www.102info.az