Gədəbəydə gənc ehtiyatsızlıqdan ağır xəsarət alıb

Cəmiyyət


Gədəbəy rayonunda yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Hikmət Nağıyev hər iki qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O, çox qan itirdiyindən vəziyyəti ağır qiymətləndirilir.

Zərərçəkənin dediyinə görə, əsəbi halda qolları ilə qapı aynasını sındırıb. Bu zaman şüşə onun hər iki qolunu kəsib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir