Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Cəlilkənd ərazisində qeydə alınıb.
İran İslam Respublikasının vətəndaşları – 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini Əli Armankia və 1983-cü il təvəllüdlü Mərənd şəhər sakini İsmayıl Mustafazadənin idarə etdikləri yük avtomobili ilə minik avtomobili toqquşub.
Qəza nəticəsində avtomobildə olan Cəlilkənd sakinləri 1973-cü il təvəllüdlü Kərəm Mustafayev və 1973-cü il təvəllüdlü Mahir Tağıyev, eyni zamanda yük avtomobilində olan İran vətəndaşları xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin sabit olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az