“Toyota Prado” VAZ-2106 ilə toqquşdu: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

“Unikal”ın məlumatına görə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində “Toyota Prado” və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri, 1993-cü il təvəllüdlü Vasif Maarif oğlu Eminov və 2004-cü il təvəllüdlü Vüsal İlqar oğlu Mirzəliyev xəsarət alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir