23 yaşlı Pərvin yaşamaq uğrunda mübarizə aparır: Kəllə sümüyü qırılıb – FOTO

Cəmiyyət


23 yaşlı Pərvin həyatla ölüm-dirim mübarizəsi aparır.

Bu barədə Oxu.Az-a onun anası Qənimət Əzizova məlumat verib.

O bildirib ki, övladı bir il əvvəl avtomobil qəzasına düşüb. 

“Pərvin 2022-ci ildə avtomobil qəzasına düşüb. Hadisə zamanı kəllə-beyin travması aldı, kəllə sümüyünün üçdəbir hissəsi qırıldığı üçün çıxarıldı. Sonra həmin hissəyə plastmas qapaq qoyuldu. Bir müddət sonra isə o plastmas qapaq irinləməyə başladı”.

Qənimət Əzizova Hüseynin başındakı plastmas qapağın bir neçə gün əvvəl əməliyyatla çıxarıldığını deyib.

“Hazırda həmin hissə boşdur və bu, Pərvinin həyatı üçün böyük riskdir. Həmin qapağın yerinə başqa platin qapaq qoyulmalıdır. Bunun üçün isə lazım olan 6 500 manata ehtiyacımız var. Həmin məbləğin 1 500 manatını toplaya bilsək də 5 000 manatını toplamağa imkanımız yoxdur. Yardımsevər şəxslərdən övladıma bu çətin sınaqdan keçməsi üçün dəstək istəyirəm. Bir ana kimi hər kəsə yalvarıram, övladımı ölümə tərk etməyin”.

Ailə ilə əlaqə: 055 648 55 84

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir